Simsiz həllər

Simsiz şəbəkələr nə üçün lazımdır? 

Kabelli şəbəkələrin kifayət qədər inkişaf etmədiyinə və kifayət qədər etibarlı olmadığına görə müxtəlif fəaliyyət növlərini həyata keçirən müəssisələr, xüsusilə də şəhərin müxtəlif hissələrində şöbələri olan müəssisələr məlumatın ötürülməsi üçün hər hansı vasitəyə ehtiyac duyurlar. Buna baxmayaraq yalnız iri banklar və federal xidmətlər özləri üçün fərdi korporativ şəbəkə yaratmaq imkanına malikdirlər. Kiçik və ya orta həcmli müəssisələr isə daha çox virtual şəbəkənin yaradılmasına üstünlük verir. Başqa sözlə operator tərəfindən fərdi avtonom şəbəkə kimi fəaliyyət göstərən şəbəkədə məlumatların ötürülməsi xidmətinin göstərilməsi daha əlverişli olardı. Operator isə öz növbəsində abonentin məlumatlarını toplayaraq onları digər abonentlərin məlumatları ilə birlikdə müxtəlif istiqamətlərə göndərəcək. Bütün bunlar abonent üçün şəffaf vəziyyətdə həyata keçiriləcək. Bu yolla operator şəhər daxilində simsiz şəbəkəyə olan ehtiyacı ödəyir. 

Simsiz şəbəkələr kimə lazımdır? 

- öz filiallarını yeganə informasiya məkanında birləşdirmək istəyənlər üçün
- naqillər çəkilməsi sərfəli olmayanlar üçün (çətin gedilə bilən və əhalisi az olan sahələr)
- telefon xətlərinin keyfiyyəti ilə qane olmayanlar üçün (zəif sürət,əlaqənin tez - tez kəsilməsi və s.) 
- o rəhbər və mütəxəssislərə ki, onlara kompüterə uzaqlaşdırılmış giriş vacibdir.Misal üçün, evdə oturaraq iş kompüterindəki sənəd və            
  proqramlarla, onların sinxronlaşmasından narahat olmayaraq işləyə bilərsiniz.
- başqa təşkilatlardan kirayə yer götürən və başqa yerə köçməsi istisna edilməyənlər üçün. 

Simsiz şəbəkələrin üstünlükləri: 

- çoxlu ayrılmış şöbələri olan müəssisənin korporativ şəbəkəsinin təşkil edilmə mümkünlüyü. 
- şəbəkənin hər bir nöqtəsi, istənilən ölçüdə kompüter şəbəkəsinin və ya ayrı-ayrı kompüterlərin qoşulmasını təmin edir 
- şəbəkə interfeyslərinin standart növləri 
- şəbəkəyə minimal qoşulma vaxtı
- kommunikasiya ilə təchiz olunmamış yerdə lokal şəbəkəyə giriş
- köçmə vaxtı avadanlıqların aparılma mümkünlüyü
- icazəsiz girişdən yüksək müdafiə

       Öz işində kanalın tam yükləməsinə ehtiyacı  olmayan, keyfiyyətli və sürətli internet istifadə edən firma və müəssisələr limitli tariflərdən istifadə edə bilər. Şəbəkəyə qoşulma 150 - 400 AZN.


Limitsiz tariflər

Limitsiz tariflərin qiymətləri ilə tanış olmaq üçün bizim satış menecerlərimizlə əlaqə saxlaya bilərsiniz. Təklif olunan qoşulma sürəti 1-100 Mbps.

Əlaqə nömrələri: +994 77 277 50 01, +994 77 277 50 06, +994 77 277 50 70

        

Paket Trafik Qoşulma haqqı Aylıq ödəniş
2 Mbps / Standart Limitsiz 150-400 AZN 100 AZN