IP Telefoniya

IP telefon müasir həyatımızda çox geniş yayılır.Lakin onun haqqında məlumatımız azdır.Biz sizə onun ilə daha yaxından tanış olmaq imkanı yaradırıq.Qısa desək İP telefon İP-ni əsasən səsi ötürmək üçün istifadə olunan texnologiyadır. Onu göstərmək üçün VoİP  ilə ifadə olunur ki, o da internet protokolu  üzərindən səs deməkdir.

Siqnalın telefondan telefona ötürülməsi üçün xüsusi qurğu olan İP şlüzlardan istifadə olunur. Bu qurğu vasitəsilə verilişlərin bir şəbəkədən digər şəbəkəyə ötürülməsi təmin olunur.

İP şlüzlər başqa cür desək İP serverlər bir tərəfdən dünyanın hər bir telefonu ilə birləşmək imkanı verirsə, digər tərəfdən internet ilə əlaqəni yaradır və bunun nəticəsində internetə qoşulmuş hər bir kompüter ilə birləşmək olur. Telefon siqnalı şlüz vasitəsilə rəqəmləşdirilir, sıxılır, paketlərə paylanır və İP şəbəkə vasitəsilə TCP/İP protokolunu istifadə edərək lazım olan istiqamətə göndərilir. Sonra siqnal yenə bir şlüzdan keçərək telefon siqnalına çevrilir.