Haqqımızda

"Metronet" İnternet Provayderi fiber optik texnologiya əsasında yüksək sürətli və keyfiyyətli İnternet xidmətləri göstərən lider provayderlərindən biridir. İnformasıya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Özünün yüksək sürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək İnternetə yüksək sürətli qoşulmaları uğurla həyata keçirir.

"Metronet" şirkəti RIPE NCC assosiasiyasının üzvüdür və həmçinin LIR (Local Internet Register) statusuna malikdir. RIPE NCC assosiasiyasına üzvlük "Metronet"ə, öz müştərilərinə global ip ünvan mənbələrini daha çevik və operativ surətdə verməyə imkan yaradır.

Şirkət öz müştəriləri üçün Şəbəkədə işləməyi maksimal dərəcədə rahat və effektli etmək üçün daim çalışır.

Müştərilərinin suallarına həvəslə cavab verir və lazımı məsləhətləri verməye daim hazırdır. Gün ərzində 24 saat! Həftədə 7 gün! İldə 365 gün!

Bu gün "Metronet" adı təqdim edilən xidmətlərin keyfiyyəti, dayanıqlığı və müştərilərlə münasibətdə düzgünlük ifadə etməyi ilə çoxları üçün fərəhlə qeyd edilir.

MİSSİYAMIZ:

Müştərilərimizə yeni nəsil internet texnologiyaların vasitəsilə rahat xidmətlər yaradaraq yüksək keyfiyyət və ela servis göstərməklə onların fərdi və biznes ideyalarının inkişafına pozitiv təsir etmək.

HƏDƏFİMİZ:

Ən son internet texnologiyaların vasitəsilə müştərilərimizin şərtlərinə uyğun xidmətlər yaratmaqla daha çox insanların yeni informasiya cəmiyyətində birləşdirmək.

PRİNSİPLƏRİMİZ:

- Etibarlılıq
- Dürüstlük
- Peşəkarlıq
- Məsuliyyət
- Məxfilik
- Yeniliklərə meyillilik

Müştərİ məmnunİyyətİ ən böyük mükafatımızdır.

Şirkət həmişə öz müştərilərinin suallarına cavab və lazımi məsləhətləri verməyə daim hazırdır. Gün ərzində 24 saat! Həftədə 7 gün! İldə 365 gün! Texniki şöbə problemləri daha əlverişli və effektli qayda ilə həll etməkdə köməklik göstərməyə həmişə hazırdır.

REFERANSLARIMIZ

Price Water House
Gilan Holding
Auto Azerbaycan
Baku Electronics
Hyyat
Halliburton
pasa holding
BP